- Dünyanın halı
- 10 Yanvar 2025 20:14
- 4 864
Kaliforniyada yanğınsöndürmə təyyarəsi pilotsuz təyyarə ilə toqquşub
Kaliforniyada "Canadair CL-415 Super Scooper" yanğınsöndürmə təyyarəsi meşə yanğınları ilə mübarizə apararkən pilotsuz təyyarə ilə toqquşub.
"War Zone" bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.
“Cümə axşamı Los-Ancelesin Palisades məhəlləsində yanğınla mübarizə aparan yanğınsöndürmə təyyarəsi dronla toqquşub”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, təyyarə təcili eniş edə bilib. Lakin toqquşmadan sonra təyyarə yararsız hala düşüb.
Mövsüm
Aznews.az