ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinin ilk günündə iki ölkə arasında 600 milyard dollarlıq sazişlər və investisiya öhdəlikləri paketi imzalanıb.

Müvafiq bəyanat Ağ Evin saytında dərc edilib.

Google, DataVolt, Oracle, Salesforce, AMD və Uber şirkətlərinin hər iki ölkədə qabaqcıl transformasiya texnologiyalarına 80 milyard dollar sərmayə qoymağı öhdəsinə götürdüyü bildirilir. Tərəflər həmçinin 142 milyard dollarlıq müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar ki, bu müqaviləyə əsasən Səudiyyə Ərəbistanı “ondan çox Amerika müdafiə şirkətinin müasir hərbi texnikası və xidmətləri” ilə təmin olunacaq.

“Əsas ixracat 14,2 milyard dollar dəyərində GE Vernova qaz turbinləri və enerji həlləri və AviLease-ə 4,8 milyard dollar dəyərində Boeing 737-8 sərnişin təyyarələridir”, - sənəddə deyilir.

Mövsüm

Aznews.az