- Dünyanın halı
- 19 May 20:13
- 870
Tayvanda avtomobil sürücüsü qırmızı işığından keçərək 15 nəfəri vurub

Tayvanın Hsinbei şəhərində sürücü işıqforun qırmızı işığından keçərək ən azı 15 nəfəri vurub, nəticədə 3 nəfər ölüb.
Bu barədə adanın Mərkəzi Xəbər Agentliyi "Focus Taiwan" yerli polisə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, 78 yaşlı Yu adlı sürücü orta məktəbin yaxınlığında qırmızı işıqda keçib. Hadisə yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 12:00) tələbələr dərsdən sonra evə qayıdarkən baş verib.
Mövsüm
Aznews.az