Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamadı

ABŞ prezidenti Donald Tramp G7-nin İran-İsrail münaqişəsi ilə bağlı bəyanatını imzalamayıb.

Reuters agentliyi bu barədə məlumat yayıb.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu “Yeddilik Qrupu”nun liderlərinin İsrail və İran arasında münaqişənin gərginləşməsini azaltmaq üçün layihə hazırladığı vurğulanır . Bu, elektrik sektoru da daxil olmaqla, bazar sabitliyini qorumaq öhdəliyini ehtiva edir.

Mövsüm

Aznews.az