Tramp və Netanyahu Ağ Evdə görüşüb

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə şam yeməyində görüşüblər.

Bu görüş iki lider arasında 2025-ci ildə üçüncü üz-üzə təmas olub.

Şam yeməyi zamanı jurnalistlərin suallarını cavablandıran Tramp Qəzzada atəşkəs səyləri ilə bağlı "Qəzzada sülhə gedən yoldayıq. Çox ümidliyik. Həmas da atəşkəs istəyir. İsrail-Həmas atəşkəsi qarşısında heç bir maneə yoxdur" deyib və "işlərin çox yaxşı irəlilədiyini " qeyd edib. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff, "Qəzzada sülh üçün fürsətimiz var " deyə vurğulayıb.

Netanyahu , "Fələstinlilər üçün daha yaxşı gələcək təklif edəcək ölkələr tapmaq üçün ABŞ ilə birlikdə çalışırıq",- deyə qeyd edib.

Tramp İranla böhran və 12 günlük müharibə ilə bağlı "Ümid edirəm ki, İrana qarşı növbəti hücuma keçmək məcburiyyətində qalmayacağıq. Nüvə şişləri yoxa çıxıb. Düşünürük ki, Yaxın Şərqdə hər şey sakitləşəcək. İran danışıqlarını planlaşdırmışıq. İran bizimlə görüşmək istəyir. Görüş gələn həftə baş tuta bilər".

Mövsüm,

AzNews.az