- Dünyanın halı
- 17 İyul 21:58
- 709
Şimali İraqda ard-arda PUA hücumları olub

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Ərbil və Duhok şəhərləri yeni pilotsuz təyyarələrin hücumlarına məruz qalıb.
KRQ-nin Terrorla Mübarizə Bölməsindən verilən məlumata görə, səhər saat 10:50-də Ərbilin Şamamik rayonunun Surije kəndi yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb.
Təxminən eyni vaxtda Duhokun Zakho rayonunun Tuaki bölgəsində yerləşən Norveçin enerji şirkəti DNO-ya məxsus neft yatağı səhər saat 10:55-də növbəti pilotsuz uçuş aparatının hücumuna məruz qalıb, hər iki hadisədə itki və maddi ziyan olmayıb.
Mövsüm,
AzNews.az