Myanma 2021-ci ildən qüvvədə olan fövqəladə vəziyyəti ləğv edir

Myanmada 2021-ci ildən qüvvədə olan fövqəladə vəziyyətin ləğv edib.

Bu barədə respublikanın Dövlət İdarəetmə Şurasının xəbər və informasiya qrupunun rəhbəri Zav Min Tun bildirib.

France 24 telekanalı onun sözlərindən sitat gətirir : "Ölkənin çoxpartiyalı demokratiya yolunda seçkilər keçirməsi üçün fövqəladə vəziyyət bu gün ləğv edilib".

Qeyd olunur ki, müvafiq bəyanat bir neçə müxalifət qrupunun boykot etdiyi dekabr seçkiləri ərəfəsində verilib.

Mövsüm,

AzNews.az