Mingəçevirdə “Tullantısız gələcək” devizi altında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi 30 iyul 2025 -ci il tarixində Mingəçevir şəhərində yerləşən “Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İctimai Birliyinin ofisində“Tullantısız gələcək” devizi altında maarifləndirici tədbirlərin keçirilməsi”layihəsi çərçivəsində tədbir təşkil edib.

Tədbirin təşkilatçısı Aytən Əhmədova bildirib ki, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir.Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən – şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.

Sonda layihəyəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına minnətdarlıq ifadə olunub.