- Dünyanın halı
- 31 İyul 14:43
- 1 834
ABŞ və Pakistan neft ehtiyatlarının işlənməsinə dair saziş imzalayıb

Amerika Birləşmiş Ştatları digər ölkələrlə apardığı ticarət danışıqlarını yekunlaşdırmağa davam edir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin bağladığı ticarət sazişləri ilə bağlı yeni açıqlama verib.
Tramp, ticarət sazişləri üzərində çox intensiv işlədiklərini bildirərək deyib:
"ABŞ-ni ‘son dərəcə məmnun’ etmək istəyən bir çox ölkənin lideri ilə görüşdüm. Günortadan sonra Cənubi Koreya Ticarət Nümayəndə heyəti ilə görüşəcəyəm. Cənubi Koreya hazırda 25 faiz gömrük rüsumu tətbiq edir, lakin bu rüsumların azaldılması ilə bağlı onların bir təklifi var. Bu təklifin nə olduğunu eşitmək istərdim.”
ABŞ Prezidenti bildirib ki, ABŞ və Pakistan neft ehtiyatlarının inkişaf etdirilməsi məqsədilə bir razılaşma imzalayıblar:
"Pakistanla birlikdə nəhəng neft ehtiyatlarını inkişaf etdirmək üçün bir saziş imzaladıq. Bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçmək mərhələsindəyik. Kim bilir, bəlkə bir gün Hindistana da neft satılar."
Mövsüm,
AzNews.az