- Dünyanın halı
- 9 Sentyabr 19:09
- 1 176
HƏMAS Qüds hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları bazar ertəsi, sentyabrın 8-də Qüdsdə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bəyanat HƏMAS Teleqram kanalında dərc olunub.
“Əl-Qəssam Briqadaları dünən, bazar ertəsi səhər saatlarında baş verən atışmaya görə məsuliyyəti öz üzərinə götürür”, - deyə məlumatda bildirilir.
CNN-in məlumatına görə , hadisə nəticəsində azı 6 nəfər ölüb, yaralılar da var.
Mövsüm,
AzNews.az