İsrail və HAMAS dolayı danışıqlar aparacaq

İsrail və HAMAS hərəkatının nümayəndə heyətləri 5-6 oktyabr tarixlərində Misirdə dolayı danışıqlar aparacaq.

Aznews.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planına uyğun olaraq israilli girovların fələstinli məhbuslarla mübadiləsi üçün müvafiq şəraitin yaradılmasını müzakirə etməyi planlaşdırır.