- Dünyanın halı
- 7 Oktyabr 16:43
- 1 524
ABŞ iki il ərzində İsrailə 21,7 milyard dollarlıq hərbi yardım göstərib

ABŞ 2023-cü ilin oktyabr ayından bəri İsrailə Qəzza zolağında və bütün Yaxın Şərqdə aparılan hərbi əməliyyatlar üçün təxminən 21,7 milyard dollar məbləğində hərbi yardım ayırıb.
Bu barədə ABŞ-ın Braun Universitetində həyata keçirilən Costs of War (“Müharibənin xərcləri”) layihəsinin tədqiqatında bildirilib.
Siyasi analitik Uilyam D. Hartunqun sözlərinə görə, “2023-cü il oktyabrın 7-dən bəri iki il ərzində ABŞ hökuməti İsrailə hərbi yardım üçün 21,7 milyard dollar xərcləyib.”
Qeyd olunur ki, bu məbləğ yaxın illərdə davam edəcək münaqişə üçün silah və hərbi xidmətlərin satışına dair on milyardlarla dollarlıq müqavilələri əhatə etmir.
Mövsüm,
AzNews.az