Makron NATO-nun baş katibi ilə "İstəklilər Koalisiyası"nın işini müzakirə edib

Fransa prezidenti Emmanuel Makron NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təmin etmək məqsədilə “İstəklilər Koalisiyası”nın gələcək işlərini müzakirə edib.

Aznews.az xəbər verir ki, Makron bu barədə öz “X” hesabında məlumat verib.

"Mən Mark Rutte ilə danışdım və biz Ukraynadakı vəziyyəti və "İstəklilər Koalisiyası" çərçivəsində görülən işləri müzakirə etdik. Yanvar ayında Parisdə Ukraynaya davamlı və daimi sülh üçün vacib şərt olan etibarlı təhlükəsizlik zəmanətləri vermək məqsədilə bu istiqamətdə işimizi davam etdirəcəyik", - Makron yazıb.