- Dünyanın halı
- 20:36
- 1 283
Zelenski: ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi imkanını müzakirə edirik
"İstəklilər koalisiyası"nın nümayəndələri təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ qoşunlarının Ukraynada mümkün yerləşdirilməsini müzakirə edirlər.
Aznews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"Şübhəsiz ki, biz (ABŞ qoşunlarının yerləşdirilməsini – red.) həm ABŞ Prezidenti Donald Tramp, həm də "istəkli koalisiya"sının nümayəndələri ilə müzakirə edirik. Bu, təhlükəsizlik zəmanətləri məsələsində güclü mövqe olardı. Lakin son qərarı ABŞ rəhbərliyi verəcək", – Zelenski qeyd edib.