Vuçiç: Serbiya hava hücumundan müdafiə baxımından Avropanın ən yaxşı ölkələrindən birinə çevriləcək

Serbiya bugünlərdə öz ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb.

Aznews.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu ilin sonu mətbuat konfransında açıqlayıb.

"1999-cu ildəki kimi (NATO hücumunun - red.) bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs iki dəfə düşünməlidir. Ordumuz indiyə qədər olduğundan daha güclüdür", - o vurğulayıb.

Vuçiç əlavə edib ki, Belqrad hava məkanını qorumaq üçün lazım olan hər şeyi əldə edir və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracaq.

"Hava hücumundan müdafiə baxımından Serbiya Avropanın ən yaxşı təchiz olunmuş ölkələrindən birinə çevriləcək", - Serbiya lideri bildirib.