Venesuela hökuməti rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasını vitse-prezident Delsi Rodrigezə həvalə edib.
Aznews.az xəbər verir ki, Karakasda keçirilən mərasim zamanı Rodrigez bəyanatla çıxış edib.
O, Venesuelanın heç kimin müstəmləkəsi olmayacağını və suverenliyini müdafiə edəcəyini bildirib.
Rodrigez bundan başqa prezident Nikolas Maduro və həyat yoldaşının azad edilməsini tələb edib.
Rodrigez Maduronun ölkənin qanuni prezidenti olaraq qaldığını bildirib.