- Dünyanın halı
- 4 Yanvar 11:43
- 2 357
Hindistanda fil sürüsü qadını öldürüb
Hindistanın Nepal ilə sərhəddə yerləşən Uttar-Pradeş ştatında fil sürüsünün hücumu nəticəsində bir qadın həyatını itirib.
Aznews.az xəbər verir ki, bu barədə “The Statesman” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Katarniaqhat meşə massivində baş verib. 47 yaşlı Nepal vətəndaşı Balika Sen kəndin digər sakinləri ilə birlikdə tarlada işlədikdən sonra axşam saatlarında meşə yolu ilə evə qayıdırmış. Bu zaman qrup qəfildən fil sürüsü ilə qarşılaşıb.
Şahidlərin bildirdiyinə görə, fillər qadınları kolluqların yaxınlığında mühasirəyə alıblar. Qrup üzvlərinin əksəriyyəti qaçaraq xilas ola bilsə də, Balika Sen fil sürəsinin əhatəsində qalıb. Heyvanlar onu tutaraq bir neçə dəfə güclü zərbə ilə yerə çırpıblar.
Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Aznews.az