- Dünyanın halı
- 4 Yanvar 16:19
- 2 130
Yunanıstanın hava məkanı bağlanıb
Yunanıstan Mülki Aviasiya İdarəsi texniki nasazlıqla əlaqədar ölkənin hava məkanının bu gün saat 16:00-dək bağlı qalacağını açıqlayıb.
Aznews.az xəbər verir ki, bazar günü səhər saatlarında Afinanın Uçuş Məlumat Bölgəsində (FIR) yaranan texniki problem səbəbindən Yunanıstan üzrə uçuşlarda gecikmələr müşahidə olunub.
Nasazlıq Afinadakı əsas hava limanı ilə yanaşı, regional hava limanlarında da aviareyslərə təsir göstərib.
Problemin Mülki Aviasiya İdarəsinə tabe olan Afina və Makedoniya Sahə Nəzarət Mərkəzlərinin mərkəzi radio tezlik sistemlərində nasazlıqdan qaynaqlandığı bildirilir. Həmin tezliklərdəki problem Yunanıstan hava məkanına daxil olan təyyarələrlə əlaqənin pozulmasına səbəb olub.
Texniki nasazlıq Yunanıstanda bütün uçuşlara təsir etsə də, hazırda havada olan təyyarələrlə bağlı əməliyyatlar davam etdirilir.
Hava Nəqliyyatına Nəzarət Assosiasiyasının sədri Panayotis Psaros “Kathimerini” qəzetinə açıqlamasında ilkin tədbir olaraq Yunanıstandakı bütün hava limanlarından uçuşların dayandırıldığını, havada olan təyyarələrin təhlükəsiz enişinin təmin edilməsi üçün işlərin aparıldığını deyib.
AzNeüws.az