- Dünyanın halı
- 5 Yanvar 12:49
- 2 043
Kuba: ABŞ-ın Venesuelaya hücumu nəticəsində 32 vətəndaşımız həyatını itirib
ABŞ-ın Venesuelaya hava hücumları nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşının həbs olunması və ölkədən çıxarılması ilə nəticələnən hadisələrin nəticələri davam edir.
ABŞ əməliyyat zamanı heç bir itki vermədiyini bildirsə də, "New York Times" qəzeti Venesuela rəsmisinə istinadən hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla ən azı 40 Venesuela vətəndaşının həyatını itirdiyini və oxşar bir açıqlamanın Kubadan gəldiyini bildirib.
Kuba hökuməti dünən ABŞ-ın hücumları və Venesuela prezidenti Maduro ilə həyat yoldaşının qaçırılması zamanı 32 vətəndaşının öldüyünü açıqlayıb.
Havana hökuməti mərhum vətəndaşları üçün iki günlük matəm elan etdi və dəfn mərasiminin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.
Mövsüm,
AzNews.az