- Dünyanın halı
- 18:07
- 1 293
İsrail ordusuna məxsus helikopter qəzaya uğrayıb
İsrail hərbi helikopteri, dartma ipinin qopması nəticəsində qəzaya uğrayıb.
İsrail ordusu yazılı açıqlamasında bildirib ki, çərşənbə axşamı günü əlverişsiz hava şəraiti səbəbindən Sikorsky UH-60 Black Hawk helikopteri açıq əraziyə təcili eniş edib.
Bu səhər başqa bir helikopterlə aparılan xilasetmə əməliyyatı zamanı daşınan helikopterin dartma ipinin qırılması nəticəsində qəzaya uğradığı bildirilib.
Mövsüm,
AzNews.az