Kolumbiyada baş verən təyyarə qəzasında ölənlərin sayı 68-ə çatıb

Kolumbiyanın Puerto-Leqisamo bölgəsində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə şəhər meri Luis Emilio Bustos məlumat verib.

O xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 127 hərbçinin olduğunu açıqlayıb.