Tramp Hörmüzlə bağlı NATO-nun yardımından imtina etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması məsələsi ilə bağlı NATO tərəfindən edilən yardım təklifini rədd etdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İndi, Hörmüz boğazındakı vəziyyət başa çatdıqdan sonra, NATO-dan mənə zəng edib köməyə ehtiyacımız olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə olaraq gəmilərini neftlə yükləmək istəmirlərsə, uzaq dursunlar. Lazım olan vaxt onlar faydasız idilər", - Tramp yazıb.

O, həmçinin əlavə edib ki, İran ABŞ-nin dəstəyi ilə Hörmüz boğazındakı bütün dəniz minalarını ya artıq təmizləyib, ya da təmizləməkdədir.

"İran ABŞ-nin dəstəyi ilə bütün dəniz minalarını ya artıq təmizləyib, ya da təmizləməkdədir!", - o qeyd edib.

Ayrı bir paylaşımında o, cəsarət və köməyə görə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə təşəkkür edib.