- Dünyanın halı
- 10 İyun 11:11
- 2 630
İndoneziyada Semeru vulkanı yenidən püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı yenidən aktivləşib. Ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatına görə, son sutka ərzində vulkanda ən azı dörd püskürmə qeydə alınıb.
Kül sütunu 1,2 kilometr yüksəlib
Məlumata əsasən, püskürmə nəticəsində yaranan kül sütunu vulkanın zirvəsindən 1,2 kilometr hündürlüyə qalxıb. Bu isə dəniz səviyyəsindən təxminən 4 876 metr yüksəkliyə çatdığı anlamına gəlir.
Əhaliyə və turistlərə xəbərdarlıq edilib
Səlahiyyətli qurumlar yerli sakinlərə və turistlərə vulkan kraterindən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə ediblər.
Xəbərdarlıqda qeyd olunur ki, bölgədə qızğın daşların püskürməsi, lava axınları, isti kül buludlarının əmələ gəlməsi və çay yataqları boyunca sel axınlarının baş verməsi riski qalmaqdadır.
Yava adasının ən yüksək nöqtəsi
Semeru vulkanı İndoneziyanın hündürlüyünə görə dördüncü ən yüksək vulkanı hesab olunur. Eyni zamanda, o, Yava adasının ən yüksək nöqtəsidir və ölkənin ən fəal vulkanlarından biri kimi tanınır.
Mövsüm,
AzNews.az