“Ankara terror probleminin həllində, təhlükəsizlik zonasını qurmaqda israrlıdır” “Ankara terror probleminin həllində, təhlükəsizlik zonasını qurmaqda israrlıdır”

Türkiyə illərdir Fələstinə verdiyi dəstəyi bu gün ondan gözləyirdi - Azərbaycanlı politoloq

“Ankara terror probleminin həllində, təhlükəsizlik zonasını qurmaqda israrlıdır”

Türkiyənin “Barış Bulağı” ““Barış Pınarı”” hərəkatından sonra “Ərəb Liqası” adlanan müsəlman dövlətləri bu gün yenə də müsəlmanlığa yaraşmayan hərəkət edib.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, qardaşın qardaşı arxadan bıçaqladığını demək elə bu idi: “Qərbin öz maraqları var, bunu hamımız bilirik, lakin müsəlman dövlətlərinin qardaş qırğınına dəstək verəcəyi utancvericidir. Fələstinə Türkiyənin verdiyi dəstəyi bu gün Türkiyə ən azından Fələstindən gözləyirdi, yəni buna haqqı da var. Ancaq o da Türkiyəni satdı. Əslində bu gün Türkiyənin artan nüfuzu və gücü bu dövlətləri narahat edir. Müsəlman dövlətlərinə arxa çıxması bunları qorxudur. Artıq dünya da bilir ki, Türkiyə əvvəlki Türkiyə deyil. Türkiyə zatən terror probleminin həllində, təhlükəsizlik zonasını qurmaqda, qalib gəlməkdə israrlıdır. Bəs bundan sonra həmin bu “qardaş” müsəlman dövlətləri, görəsən, yenə də Türkiyədən yardım istəyəcəklərmi? Bəs Türkiyə, necə, onlara dəstək verəcəkmi?!!!! Düşünürəm ki, artıq Türkiyə məhz bu hərəkatdan sonra dostunu və düşmənini yaxşı tanıyacaq və öz siyasətini məhz bu istiqamətdə formalaşdıracaqdır”.

AzNews.az