O, Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb O, Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb

Elçibəyin silahdaşı parlament seçkilərinə qatılır

O, Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb

Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezidenti Əbülfəz Elçibəyin silahdaşları da 9 fevral parlament seçkilərinə qatılmağı düşünür.

Birləşmiş Azərbaycan Yurdları (BAY) Ocağı başqanı Cahandar Bayoğlu 9 fevralda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Cahandar Bayoğlu xalq hərəkatının fəallarından, AXC-nin qurucularından biri olub. Bütöv Azərbaycan Birliyində Elçibəyin müavini postunu tutub. Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb.

Siyasi cameədə o, Elçibəy ideya-siyasi xəttinə sadiq şəxs kimi tanınır.(cebhe.info)

AzNews.az