“Sıravi şimal vətəndaşları Simonyanların, Solovyovların simalarından beziblər” “Sıravi şimal vətəndaşları Simonyanların, Solovyovların simalarından beziblər”

Türkiyəni Rusiya ilə üz-üzə qoyan kimdir? - Şərh

“Sıravi şimal vətəndaşları Simonyanların, Solovyovların simalarından beziblər”

“Avropanın əxlaqı budur. Qaçqınlara görə Türkiyəyə 6 milyardın heç yarısını da ödəmə, Qərbin Suriyada ssenarisini cızdığı xaotik vəziyyətlə üz-üzə qoy və heç nə olmamış kimi davran. 100 il əvvəl də Rusiya, ABŞ, Fransa, Britaniya, İtaliya Türkiyə üzərindən oyunlar qururdular. Bu gün onlara Almaniya da əlavə olunub”.

AzNews.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, Kanal İstanbulun çəkilişi, Suriyadakı sabitlik bir çoxlarının maraqları ilə uzlaşmır: “Onlara Rusiya və Türkiyə arasında münasibətlərin soyuması lazım idi. Bunu bacardılar. Digər tərəfdən, əminəm ki, Rusiyanın Suriyadakı generaliteti ciddi taktiki səhv gedişə yol verdi. (Türkiyəyə təzyiq ssenarisinin tərəfdarları əslində digərini pis vəziyyətə saldılar) Bu, Putin və Ərdoğanın formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi. Hər iki lider indiki vəziyyəti istəmirdilər. Deməli, daxildəki bəzi qüvvələr provokasiya edərək istəklərinə nail oldular.

Rusiyadakı güc strukturlarından başqa, oradakı müəyyən çevrələrə xidmət edən RT də bu oyundadır. Simonyan və Baqsadarov faktiki olaraq eyni anda Hatayın və ətraf ərazilərin Suriyadan qopardılaraq Türkiyəyə verildiyini bəyan etdilər. Bu 1920-ci , 1980-ci illərdəki eyni informasiya hücumu xəttidir. Yeri gəlmişkən, Rusiyadakı həmyerlilərimiz, strateji araşdırma mərkəzlərimiz və onlara yaxın qüvvələr RT-dən Simonyanın getməsi üçün ciddi işləməlidirlər. “Facebook”dakı “Russia Today” səhifəsindən görünür ki, indi siravi şimal vətəndaşları Simonyanların, Solovyovların simalarından beziblər. Lakin, görünən odur ki, Moskvada “gen” gəzən bizim oliqarxlar üçün başqa işlər prioritetdir”.

Z.Məmmədov əlavə edib ki, son zamanlar Ermənistan tərəfindən idarə edilməyən ermənilərin Azərbaycan sərhədçilərinə qarşı da provokasiyaları təsadüf deyil: “Biriləri Kremlin cənuba doğru irəliləməsini istəyir.

Azərbaycan diasporasının, ekspertlərinin də çiyinlərinə çox böyük yük düşür. Ayrı-ayrı ölkələrdə erməni gizli qruplarını ifşa etmək lazımdır. Biz Bakı Politoloqlar Klubu olaraq hər zaman bu mübarizəni davam etdirdik. Lakin, bu işlər koordinasiyalı şəkildə aparılmalıdır”.

Ləman Hüseynzadə