- Müşahidə məntəqəsi
- 23 Fevral 2023 17:25
- 6 620
Vardanyan Qarabağdan rədd olacaq - Sahib Alıyev

"Vardanyan "post"undan getdi, həm də onu Qarabağa "qaçaqmalçılıq yoluyla ixrac edənlərin" mövqelərinə yetərincə zərbə vuraraq getdi".
AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
O bildirib ki, "komanda"sındakılar "vəzifə"dən çıxarılsa da, onun Xankəndinə qalacağını deyir: "Açığı buna inanmıram. Amma əgər o, Azərbaycan torpaqlarını tərk etməsə, bunun zərbəsi yenə "eksportyor"a dəyəcək. Vardanyan isə bütün hallarda Qarabağdan rədd olacaq və bir az geciksə, mən onun tutulub Bakıya gətirilməsini də istisna etmirəm".