Tokayev və Əliyevin qarşılıqlı səfərləri münasibətlərimizin necə olduğunu göstərir - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə də dünyanın diqqət mərkəzindədir. Aprelin 10-da baş tutan səfər çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunmuşdu. Maraqlıdır ki,iki ölkə arasında aparılan müzakirələr iqtisadiyyata, ikitərəfli əməkdaşlığın inkşaifına hansı töhfələri verəcək?

Məsələ ilə bağlı AzNews.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında çoxşaxəli münasibətlər mövcuddur:

"Bu münasibətlər ümumilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Nazarbayevlə birlikdə hər iki ölkə rəhbərlərinin rəsmi işgüzar səfərləri baş tutmuşdu. Cənab Prezident İlham Əliyevin rəhbərliyində də Qazaxıstan və Azərbaycan arasında bir çox sənədlər imzalanıb. Ölkələrimiz həm iki tərəfli, həm çox tərəfli, həm də türk dövlətləri birliyində çox yaxşı münasibətlər formalaşdırıblar. Yaxın zamanlarda Tokayevin Azərbaycana səfəri, eyni zamanda da İlham Əliyevin Qazaxıstana səfəri bir daha iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olduğunu göstərir".

Deputat onu da qeyd edib ki, iki ölkə arasında imzalanan sənədlər həm iqtisadi əlaqələrimizi, həm tranzit, həm də sosial əlaqələrin yaxşı olduğunu göstərir:

"Düşünürəm ki, bu münasibətlər illər keçdikcə daha da inkişaf edəcək. Digər bir məsələ ticarət dövriyyəsinin artırılmasıdır. Hər iki dövlətdə iqtisadi imkanlarımız hər iki dövlətdə artdıqda həm də bizim ticarət dövriyyəmizə də təsir edəcək. Bizi həm də Qazaxıstanla tranzit əlaqələr bağlayır. Qazaxıstandan Aktau limanı ilə Azərbaycan ərazisindən keçərək Avropaya enerji nəql olunur. Aktau limanının imkankarı artdıqca bu tranzit borudan istifadı olunacaq".

V. İskəndərov sonda vurğulayıb ki, Qazaxıstan 30 illik işğal dövründə də Azərbaycanın yanında olub, beynəlxalq platformalarda dəstəkləyib:

"Düşünürəm ki, iki tərəfli münasibətlər həm də yaxın olan xalqları bir- birinə bağlayır. Bu iki ölkə həm ixracın artırılmasında, həm də idxal məsələlərində, mədəni dəyərlərin inkişaf etdirilməsində maraqlıdırlar. Bu inkişaf zaman keçdikcə münasibətlərə təsirini göstərəcək".

Ayan Rzayeva,

AzNews.az