“Kılıçdaroğlu seçilsə, Azərbaycan-Türkiyə əlaqələrində ciddi dəyişiklik olacaq” - Deputat

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Türkiyənin GDH Telegram Xəbər kanalına müsahibə verib.

Aznews.az xəbər verir ki, deputat Türkiyədəki prezident seçkiləri, nəticənin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri ilə bağlı danışıb.

F.Ağamalı qeyd edib ki, əgər seçkilərdə Kamal Kılıçdaroğlu qalib gəlsə, bu, bölgədə və hətta bütün dünyada geosiyasi vəziyyəti dəyişəcək. Onun sözlərinə görə Ərdoğanın qalib gəlməsi Türkiyənin müstəqilliyinin və dövlətçiliyinin böyük avantüralardan xilası deməkdir.