"Ərdoğan II turda qalib gələcək" - Siyasi ekspert

Türkiyədə seçkilərin ikinci tura qalması həyəcanı bir az da artırıb. Bir çox siyasi ekspertlər və seçki prosesini yaxından izləyənlər Ərdoğanın ikinci turda qalib gələcəyini proqnozlaşdırsalar da, əksini düşünənlərin sayı da az deyil. Bəs görəsən, Türkiyədə seçkilər niyə ikinci tura qaldı və nəticələr necə olacaq? Ümumiyyətlə, Sinan Oğan öz səslərini kimin xeyirinə istifadə edə bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Türkiyədə seçkilərin ikinci tura qalmasının çox müxtəlif səbəbləri var: “Bu səbəblərdən biri də AKP-nin uzun müddət, yəni 21 ildir hakimiyyətdə olmasıdır. Bu faktor cəmiyyətdə az da olsa narahatlıq yaradır. Yəni insanlar müəyyən qədər hakimiyyətdən yorulublar. Səbəblərdən biri budur. İkinci səbəb son beş ildə Türkiyədə hakimiyyətin yeni sistemdə idarə edilməsi, ölkə iqtisadiyyatında baş verən neqativ proseslər, xüsusilə də inflyasiyanın yüksək həddə olmasıdır. Bu da hakim partiyanın və onun liderinin səslərinə mənfi yöndən təsir edən amillər sırasındadır. İqtisadiyyatın və sənayenin inkişaf etdiyi meqapolislərdə bu səbəb özünü daha qabarıq göstərir. Böyük şəhərlərin demək olar ki, əksəriyyətində müxalifətin namizədi fəaliyyətdə olan prezidentə qalib gəlib. Digər faktor müxalifətin əsas partiyalarının bir ittifaqda birləşməsi, hakim komandaya və onun liderinə qarşı eyni cəbhədə mübarizə aparmasıdır. Nəzərə almaq lazımdır ki, müxalifətin əsas qüvvəsi olan CHP-nin nümayəndələri Türkiyənin 13 böyük şəhərinin 12-də bələdiyyə seçkilərini qazanıb. Bu şəhərlərin iqtisadiyyatı isə ümumi Türkiyə iqtisadiyyatının 60 faizi üzərindədir. Bu da önəmli bir faktordur. Müxalifətin əsas dəstəkçisi qismində isə gənclərin və qadınların, eləcə də cəmiyyətin aydın təbəqəsinin olması seçkinin ikinci tura qalmasını labüd etdi”.

Ətraflı

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Oqtay Qasımov: “Doğru cavab vermişəm...”;İlham İsmayıl: “Tarixi danası deyiləm” » Teref.az

Oqtay Qasımov ikinci turun nəticələrinin necə olacağını öncədən söyləməyin doğru olmadığını deyib: “Amma YSK-nın açıqladığı rəqəmlərə nəzər saldıqda Ərdoğanın öz rəqibini 4 faizdən çox səslə qabaqladığını görə bilərik. Təxminən 2 milyon yarım səs Ərdoğanın ehtiyyatında var. Əgər bu səsləri 0,7 faiz artıra bilsə, o zaman Ərdoğan 50+1 çoxluğuna çatacaq və qələbəsini təmin edəcək. Digər önəmli bir məqam isə türk seçicisinin məsələlərə məsuliyyətli və həssas yanaşması ilə bağlı olacaq. Belə ki, parlament seçkilərində Cümhur İttifaqı 322 yer qazanıb. Bunun 266-sı Ərdoğanın partiyasının səsləridir. Yəni parlamentdə üstünlük Cümhur İttifaqındadır. Amma bu, sadə bir üstünlükdür və Konstitusiya dəyişikliyini həyata keçirmək üçün yertərli deyil. Bu baxımdan Türkiyə seçicisi Ankara və İstanbu bələdiyyələrində baş verənləri və oradakı vəziyyəti nəzərə alaraq ikinci turda fərqli yöndə səs verə bilər. Sözügedən ehtimal olduqca yüksəkdir. Belə ki, həm Ankara, həm də İstanbul bələdiyyə seçkilərində CHP nümayəndələri qələbə qazansalar da, həmin bələdiyyə məclislərində səslərin əksəriyyəti AKP-nin nəzarətində idi. Ona görə də, həmin bələdiyyə başqanları öz işlərini davamlı şəkildə görə bilmədiklərini və məclisin təpkisi ilə üzləşdiklərini açıqlayırdılar. Türk seçicisi də bu amilləri nəzərə alaraq parlamentdə üstünlüyü qazanan Ərdoğanın həmin sıxıntıları yaşamaması üçün onun qələbəsini tam təmin edən davranış sərgiləyəcək. Yəni həm parlamentdə həm də prezident kimi qələbə qazanacaq Ərdoğanın bundan sonra daha rahat fəaliyyət göstərməsi təmin ediləcək. Türk seçicisi buna həssas yanaşacaq. Çünki müxalifətin namizədi prezident seçilsə, o zaman ölkədə ciddi siyasi qeyri-sabitlik mövcud ola bilər. Belə ki, parlamentin prezidentin bir sıra qərarlarını bloklaması, beləcə ölkədə ciddi siyasi böhranın yaranması mümkündür. Düşünürəm ki, Türk seçicisi bu həssas məqamı nəzərə alaraq Ərdoğanın növbəti dəfə seçilməsinə səs verəcək”.

Politoloq əlavə edib ki, Sinan Oğanın verdiyi açıqlamalardan ilkin nəticələri çıxarmaq mümkündür: “Belə ki, Sinan Oğan müxalifət liderinə bir şərtlə dəstək verəcəyini deyib. O bildirib ki, əgər müxalifət lideri HDP ilə əlaqələrini kəssə, o zaman Kılıçdaroğluna dəstək verə bilər. Əks halda isə Kılıçdaroğlunu dəstəkləməyəcəyi haqda siqnal verib. Düşünürəm ki, müxalifət lideri HDP-nin dəstəyini itirməmək üçün Sinan Oğanın təklifini qəbul etməyəcək. Bu da Oğanın Ərdoğanı və Cümhur İttifaqını dəstəkləyəcəyi anlamına gələ bilər. Böyük ehtimalla Sinan Oğan bu cür davranacaq”.

KONKRET.az