- Müşahidə məntəqəsi
- 10 İyul 2023 18:15
- 7 624
Azərbaycan xüsusi xidmət orqanlarına təşəkkür düşür - EKSPERT
DTX ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirləri çərçivəsində Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanı saxlayıb.
“DTX-nin xarici ölkə vətəndaşlarını saxlaması ilə bağlı müxtəlif versiyalar səsləndirmək olar”.
Bunu saytımıza mövzu ilə bağlı danışarkən hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, bunun kimin tərəfindən ola biləcəyini dəqiq demək hələlik mümkün olmasa da Azərbaycanı istəməyən qüvvələr tərəfindən edildiyi aşkardır:
“O qüvvələr maksimum çalışırlar ki, Azərbaycana xətər yetirsinlər, ziyan gətirsinlər. Sözsüz ki, indi yoxlasaq, saklanılan Əfqanıstan vətəndaşının arxasında hansısa bir erməninin olmasını da görə bilərik. Biz zaman-zaman bunu görmüşük, indi də görürük. Azərbaycanda kollaborantlar var ki, öz ölkələrinin maraqlarını təmsil edirlər. Bunlar arasında Rusiya və digər ölkələr var”.
Ü.Cəfərov bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarına təşəkkür düşür ki, onlar bu məsələdə ayıq-sayıqlıq göstərirlər və asayişi qoruyurlar:
“Biz Əfqanıstan vətəndaşı ilə bağlı bunu görürük. Mən düşünürəm ki, Azərbaycan hüquq mühafizə orqanları lazım olan addımları atırlar, amma biraz da sərt addımlar olsa, daha yaxşı olar”.
Rəşid Qarayev