Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalana bilər - Ekspert

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.

İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan yürütdüyü xarici siyasət kursunda İsrail ilə əlaqələrin inkişafına hər zaman xüsusi olaraq önəm verib.

O əlavə edib ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması bir neçə il əvvələ təsadüf edir: "2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. Azərbaycan və İsrail əlaqələrinin genişlənəcəyini və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafını təmin edəcək".

“Son səfər çərçivəsində də bir çox sahələr o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə oldunduğu istisna deyil. Bu görüşlər nəticəsində Azərbaycan və İsrail arasında yeni müqavilələrin imzalanacağını gözləmək olar”, - deyə ekspert əlavə edib.

Ayan Rzayeva

Ayan Rzayeva