BQXK əsir və itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməyib - Politoloq

“Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmağını uzun illər şahidlik etmişik.Beynəlxalq Qızıl Xaç Komitəsi 30 il ərzində birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirmək məsələsində təəssüflər olsun ki, heç bir addım ata bilmədi”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O 44 günlük Vətən müharibəsi dövründə də Avropa Şurası tərəfindən keçirilən görüşlərdə tez -tez qaldırılan bu məsələ öz həllini tapmadığını qeyd edib.

“BQXK 1-ci Qarabağ müharibəsindən zərər görmüş azərbaycanlılarla bağlı öz üzərinə düşmüş öhdəlikləri yerinə yetirmədi. Bu gün də bu ədalətsizlik davam edir. BQXK-nın nəqliyyat vasitələrində Ermənistandan Azərbaycana qaçaqmalın daşınması təşkilatın adına böyük biabrçılıqdır. Hesab edirəm ki,BQXK Azərbaycan ərazilərində keçirilən bu qanunsuzluqlara vaxtında reaksiya verməlidir. Əksi olduğu təqdirdə BQXK-nın fəaliyyətinin gərəksizliyi məsələsi qaldırıla bilər”.

Politoloq həmçinin onu da qeyd edib ki, qaçaqmalın BQXK-ə aid olan təyyarələr və digər nəqliyyat vasitələri ilə daşınması Qızıl Xaç Komitəsinin özünün missiyasına və adına uyğun gəlmir.

“ Baş verən hadisədən sonra bu təşkilatın rəhbərliyi istefa verməli idi. Bundan sonra Xankəndiyə humanitar güclər Ermənistan ərazisindən deyil, BQXK-nın Azərbaycan nümayəndiliyi tərəfindən Ağdam yolundan istifadə edərək çatdırılmalı idi. Hesab edirəm ki,BQXK-nın bu ədadlətsizliyi sona çatmasa Azərbaycan daha ciddi şəkildə böyük platformalarda bu məsələni qaldıracaq”.

Ayan Rzayeva