Azərbaycan da Ermənistanın yalanını təkzib edəcək məqalə yayımlaya bilər - Ekspert

Amerikanın məşhur "The Washington Times" qəzetində ermənilərin təxribatçı iddialarını dəstəkləyən məqalə dərc olunub. Azərbaycanın Qarabağın erməni sakinlərinin “ blokadasında” ittiham olunub. Məqalədə Qarabağ ermənilərinin 1995-ci ildə Bosnia və Hersoqovinada soyqırımdan əziyyət çəkənləri müsəlmanlarla müqayisə edərək Xankəndini Yeni Serebrenitsa adlandırıb.

Mövzu ilə bağlı jurnalist, politoloq Fuad Abbasov AzNews.az-a açıqlama verib.

“Dünyada müasir mətbuatda müəyyən bir maddi məbləğ qarşılığında hər hansı bir məqaləni dərc etmək problem deyil. Ermənilər “The Washington Times” qəzetində Azərbaycana qarşı məqalə dərc etdirə bilirlərsə, Azərbaycan tərəfi də eyni zamanda Ermənistana qarşı bu və başqa qəzetlərdə ermənilərin bu yalanını təkzib edəcək məqalə yayımlaya bilər”.

F. Abbasov həmçinin onu da qeyd edib ki, orada yazılanlar qərəzli xarakter daşıyır.

“Amma necə ki ermənilər “The Washington Times” qəzetinə yol tapıb o məqaləni dərc ediblərsə, bizim oradakı lobbimiz, diasporamız, mətbuatdan məsul şəxslər də bu fəaliyyəti həyata keçirə bilərlər”.

Politoloq həmçinin qərəzli məqalələrin yayılmasında erməni diasporasının əlinin olduğunu da qeyd edib.

“Amma çox təəssüf ki, nədənsə biz ermənilərdən mətbuat, informasiya müharibəsi, diaspora kimi məsələlərdə geri qalırıq. Bu da onun nəticəsidir ki, bu qərəzli məqalələr məhz təktərəfli olaraq ermənilər tərəfindən yayımlanır”.

Ayan Rzayeva