"Azərbaycan bu günə qədər olduğu kimi bir daha Ermənistana öz yerini göstərəcək" - Oqtay Qasımov

“Ermənistan-Azərbaycan şərti sərhədində son dövrlər baş verən təxribatlar, gərginliyin artması, Ermənistanın həmin ərazilərə qoşun cəmləməsi, hərbi texnikanın toplanması, təlimlər keçirilməsi və digər avantürist addımları təbii ki, bölgədə vəziyyəti gərginləşdirir. Azərbaycan da bu addımları diqqətlə izləyir və ehtiyac olduğu halda adekvat cavablar verməkdədir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O qeyd edib ki, ancaq bütün bunların fonunda hesab etmirəm ki, yaxın dövrdə hansısa genişmiqyaslı hərbi əməliyyatlar olsun.

“Doğrudur, müəyyən miqyasda təxribatlar olacaq. Ermənistan isə cavabını alacaq. Azərbaycan üçün müharibə maraqlı deyil. Azərbaycan bölgədə sülh prosesinin irəliləməsindən yanadı. Amma Ermənistanın təxribatları müəyyən bir həddi keçdikdən və Azərbaycan üçün ciddi təhdid yarandığı halda, əlbəttə bu addımlara sərt cavablar verəcək. Bu günə qədər olduğu kimi bir daha Ermənistana öz yerini göstərəcək”.

Rəfiqə NAMAZƏLİYEVA