"Ermənistandakı revanşistlər sülh prosesinə mane olmağa çalışırlar" - hərbi ekspert

“Son vaxtlar Ermənistandan səsləndirilən revanş çağırışlarına bu dəfə Göyçənin qubernatoru Karen Sərkisyan da qoşulub. O, Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən Göyçə mahalı ərazisində guya Azərbaycan hərbçilərinin olması ilə bağlı suala cavab verib. K.Sərkisyan bildirib ki, Ermənistan lazım gəlsə Azərbaycan qoşunlarının oradakı yüksəkliklərdən çıxarılması üçün başqa vasitələrə – güc yoluna əl atacaq”.

“Göyçənin qubernatoru Karen Sərkisyanın Kəlbəcər rayonu ərazisində olan bir çox strateji yüksəkliklər var ki, məhz onları yenidən işğal etmək üçün Ermənistan tərəfi hərbi yola əl atacağı ilə bağlı səsləndirdiyi fikirlər, əlbəttə, illüziyadır. Məsələnin kökünə baxdığımız zaman məhz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistanın işğalçı ordusuna Kəlbəcəri tərk etmək üçün vaxt vermişdi və onlar geri çəkiləndə yenə də öz xislətlərinə uyğun olaraq bir çox strateji yüksəkliklər var idi ki, orada mövqeləndilər. Əlbəttə ki, onlar bu addımları ilə Kəlbəcər rayonunun ərazisini tam olaraq tərk etmədiklərini bir daha göstərdilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi yenə də məsələnin danışıqlar və humanizm yolu ilə həll olunması üçün yetərincə fəaliyyət göstərdi.

“Ancaq çox təəssüf ki, yenə də Ermənistan tərəfi bu günə qədər olduğu kimi yenə də öz riyakarlığından əl çəkmədi. Azərbaycan tərəfinin məhz mövqelərini daima həmin yüksəkliklərdən atəşə tutaraq təxribat törədirdilər və bunun nəticəsi olaraq da Azərbaycanın ərazi bütövlüyünün, suverenliyini tam şəkildə bərpa olunması, eyni zamanda həmin o strateji yüksəkliklərin nəzarətimizə keçməsi üçün 2022-ci ildə Azərbaycan ordusu hərbi əməliyyatlar həyata keçirdi. Həmin əməliyyatların nəticəsi olaraq da ümumiyyətlə həmin o strateji yüksəkliklərdə nəzarəti bərpa etdi. Ermənistanda olan revanşistlərin məhz elə Karen Sərkisyan kimi təxribatçıların xəstə təxəyyülünə baxdığımız zaman bunlarda elə fikir formalaşıb ki, hansı ərazidə durmuşuqsa bu ərazi məhz onlara məxsusdur. Lakin bunun belə olmadığını, artıq dərk etmələrinin zamanının gəldiyini, hətta keçdiyini başa düşməlidirlər. Bundan sonra hər hansısa bir şəkildə aqressiya və hərbi ritorikadan istifadə etmək məhz Ermənistanın özü üçün ağır nəticələrə səbəb olar. Azərbaycan tərəfinin istər İkinci Qarabağ müharibəsində və ondan sonra həyata keçirilən bir çox tədbirlər var idi ki, bütün beynəlxalq hüququn, qanunların tələblərinə uyğun olaraq aparılıb. Sözügedən ərazi Azərbaycanın qanuni torpaqlarıdır. Ermənistan tərəfindən hər hansısa bir təxribat törədilərsə, mütləq şəkildə Azərbaycan ordusu həmin təxribatın qarşısını qətiyyətlə alacaq. Ermənistanın daxilindəki terrorçu və revanşistlər bununla yanaşı, onlara havadarlıq edənlər belə ritorikadan istifadə etməklə sülh prosesinin gedişinə mane olmağa çalışırlar. Ancaq onlar unutmamalıdır ki, məhz belə təxribatçı yanaşmalar onların özü üçün də yaxşı heç nə vəd etmir”.

Rəfiqə NAMAZƏLİYEVA