"Naxçıvan mövqelərinin atəşə tutulması İranın sifarişidir" - siyasi şərhçi

“İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub”.

“Ermənistan yarandığı 106 il ərzində heç bir zaman sərbəst dövlət siyasəti yürütməyib. Çünki bunların tarixin dövlətləri olmayıb. Hər şey kilsə səviyyəsində həll olunub və kilsə dövlət statusunda bunlar hər şeyi görürlər. Bu gün də elədir. Ona görə də son 33 ilin təcrübəsi göstərir ki, Ermənistan həmişə hər hansı bir məsələni həll etmək istəyəndə, bu xaricdəki ağaların verdiyi təlimata baxırlar və ona uyğun hərəkət edirlər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev deyib.

Siyasi şərhçi qeyd edib ki, istifadə etdikləri bütün siyasi “reseptlər”, xarici ölkələrin təhlükəsizlik orqanlarının mətbəxlərində hazırlanır:

“Bu, indi bizim cənub qonşularımızın fars molla rejimindən alınan bir sifarişdir. Bu birmənalıdır. Çünki İranın daxilində də çox gərginlik var. 80 nəfər namizəddən cəmi 6-ı seçkiyə buraxılıb. Onunda 5-i farsdır. Təbii ki, bu çox ciddi narazılığa səbəbdir. İranın əsas məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında yeni bir müharibə ocağı yaransın. Çünki bunlar hələ də Zəngəzur dəhlizinin işlərini sindirə bilmirlər və bunlar açıq şəkildə bəyan edirlər ki, bu, ancaq bizim ərazimizdən keçməlidir. Hadisələrin fonunda onu demək olar ki, Naxçıvandakı atəşkəsin pozulması birmənalı şəkildə Tehranın siyasi mətbəxində hazırlanmış və Ermənistana ötürülmüş bir “reseptdir”. Lakin çox savadsız, səviyyəsiz düşünülməmiş hazırlanmış bir məsələdir. Azərbaycanı belə şeylərlə qorxutmaq ağılsızlıqdır. Bunu düşünməyin özü belə ağılsızlıqdır. Azərbaycan bu cür təxribatlara öz iradəsi ilə cavab verib və verməyə də davam edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA