"Sülhə hazırlanmanın yolu Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsindən keçir". "Sülhə hazırlanmanın yolu Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsindən keçir".

Azərbaycanlıların ermənilərlə birlikdə yaşamaq problemi yoxdur - Azər Həsrət

"Sülhə hazırlanmanın yolu Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsindən keçir".

Son günlər istər Azərbaycan, istərsə də Ermənistan rəsmiləri Qarabağda sülh sazişinin imzalanacağı və işğaldan azad edilən torpaqlarda hər iki millətin nümayəndələrinin bir yerdə yaşayacağı barədə bəyanatlar səsləndirir.

Bu mövzunu müzakirə etmək üçün AzNews.az əməkdar jurnalist Azər Həsrətə müraciət edib.

O, sözlərinə belə başlayıb: "İstər erməni, istərsə də Azərbaycan xalqı 100 illərlə bir yerdə yaşayıblar. Əslinə qalanda bizim birlikdə yaşamaq təcrübəmiz çoxdur. Dağlıq Qarabağ ermənilərin kompakt yaşadığı bir ərazidir, amma digər ərazilərdə də ermənilər rahat yaşayıblar. Elə ərazilərimiz var ki orda kompakt yox, tək-tük erməni əhalisi və ya gəlib-gedən ermənilər olub. Münaqişə olana qədər onlara həmişə mehriban münasibət bəslənib. Ona görə də Azərbaycanın bu sahədə təcrübəsi var və əgər münaqişə həll olunarsa, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından birdəfəlik çıxarsa, iki dövlət arasında qəti sülh müqaviləsi bağlanarsa, azərbaycanlıların ermənilərlə birlikdə yaşamaq problemi yoxdur və olan da deyil".

A. Həsrət sülh üçün Ermənistanda da müvafiq işlərin aparılmalı olduğunu və bunun yolunun işğaldan əl çəkməkdən keçdiyini deyib:

"Qaldı ki, Ermənistana, əlbəttə, orda da bu yöndə iş aparılmalıdır. Biz həmişə onların siyasi, ictimai xadimlərinə öz xalqlarını sülhə hazırlamaqları üçün çağırışlarımızı edirik. Sülhə hazırlanmanın yolu Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsindən keçir. Ermənistanda bu fikri dəstəkləyənlərin sayı az da olsa, bunu anlayanlar var. Bu günki hökumət başçısı, Ermənistanda dövlətə rəhbərlik edən şəxs, baş nazir Paşinyan da əslinə qalanda bu mövqeyi anlayır. Bəyanatlar səsləndirir ki, Azərbaycan münaqişəni həll etmək üçün Dağlıq Qarabağla müzakirə aparmalıdır. Biz də onun bu fikrindən çıxış edərək deyirik ki, əgər doğrudan da Paşinyan səmimi şəkildə Azərbaycanın Dağlıq Qarabağla danışıqlar aparmasını istəyirsə, o zaman münaqişə tərəfi olmaqdan çəkilməlidir. Yəni, Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır. Münaqişə tərəfi olaraq bir Dağlıq Qarabağ qalmalıdır, bir də Azərbaycanın erməni əhalisi dövlət qurumları səviyyəsində danışıqlar aparıb münaqişəni həll edə bilər. Deməyim odur ki, ermənilərlə münaqişə həll olunarsa, sülh şəraitində yaşamağımızda heç bir problem yoxdur".

Pərvanə Ağazadə

AzNews.az