"Əsrlər arasında sosial rifahın fərqini bu rəqəmdə görmək olar” "Əsrlər arasında sosial rifahın fərqini bu rəqəmdə görmək olar”

Millət vəkili iti oğurlanan qadından yazdı - "Kədəri anlaşılandır"

"Əsrlər arasında sosial rifahın fərqini bu rəqəmdə görmək olar”

Bir gün öncə Bakıda iti oğurlanan qadının iti tapılıb.

Həmin qadın sosial şəbəkədə oğrulara yalvararaq itinin geri qaytarılmasını xahiş edib və buna görə onlara 1000 AZN pul təklif edib.

Millət vəkili Fazil Mustafa baş vermiş hadisəyə münasibət bildirib.

AzNews.az xəbər verir ki, deputat qadının kədərini anlayışla qarşıladığını deyib:

“19-cu əsrin sonlarında Məhəmmədhəsən əminin eşşəyi itmişdi. 21-ci əsrin əvvəllərində Farina xanımın iti itib. Hər ikisinin kədəri anlaşılandır. Ancaq bu iki hadisə arasında bir önəmli fərq var: Məhəmmədhəsən əminin eşşəyi tapana verəcəyi pulu yox idi, Farina xanımın itini tapana verəcəyi 1000 manatı var. Əsrlər arasında sosial rifahın fərqini bu rəqəmdə görmək olar”.

Bahar RÜSTƏMLİ

AzNews.az