Onun xidmətləri həmişə yüksək qiymətləndirilib Onun xidmətləri həmişə yüksək qiymətləndirilib

“Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim olunub

Onun xidmətləri həmişə yüksək qiymətləndirilib

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.

AzNews.az Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edən nazir müavini bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.

Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələri təqdim edib. R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

AzNews.az

image description image description image description