Rüfət Quliyev: "Bəzi məmurlar məni susdurmaq üçün xaricdəki qüvvələri işə salırlar"

"Mənim o məmurlarla hansısa şəxsi bir ədavətim yoxdu"

Hazırda Avropada məskunlaşan jurnalist Cavanşir Həsənli millət vəkili Rüfət Quliyevin oğlanları ilə bağlı maraqlı faktlar paylaşıb.

AzNews.az Vətəninfo.az-a istinadən xəbər verir ki, jurnalist paylaşdığı məlumatda qeyd olunur ki, Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır.Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib.

Millət vəkili müxbirimizə yayılan məlumatla bağlı bildirib ki,yayılan məlumatı ironiya ilə qarşılayıb və bu xəbərin yayılması onun son zamanlar həm yazılı mətbuatda, eyni zamanda da tv-da müəyyən məmurları tənqid etməsi ilə bağlıdır: "Bunlar fikirləşirlər ki,xaricdə məskunlaşan müəyyən qüvvələrdən istifadə edərək məni susduracaqlar.Əksinə anlamaq istəmirlər ki,mən millət vəkiliyəm və xalqa xidmət etməli olan məmurları tənqid edirəmsə, bu birbaşa dövlətçilik maraqlarından irəli gəlir. Mənim o məmurlarla hansısa şəxsi bir ədavətim də yoxdu. Amma görünür bunlar mənim tənqidlərimi şəxsi olaraq qəbul edirlər və ona görə də dözümsüzlük göstərirlər. Bu xəbərin yayılmasının səbəbi də məhz bu tip məmurların işidir və onlar məni bu yolla susdurmaq niyyətindədirlər".

Millət vəkili qeyd edib ki, o etdiyi çıxışları zatən cənab prrezident davamlı keçirdiyi müşavirələrdə qeyd edir və müəyyən məmurların xalqa işləməli olduğunu bəyan edir: "Digər bir tərəfdən qeyd olununan univeristet ABŞ-nın sabiq prezidenti Bil Klinton tərəfindən təsis olunub. Univeristet dünyanın tanınmış univeristetlərindən biridi. İkincisi də istər mənim övladım olsun,istər başqa birinin fərq etməz. Əgər belə bir universitetdə bir azərbaycanlı balası oxuyursa,ona qısqanclıqla yanşmaq doğru deyil. Əksinə sevinməliyik ki,belə universtetlərin məzun olan azərbaycanlı balası sabah bu millət və dövlət üçün yetişdirilən ən vacib kadırlardan biridir. Buna sevinmək yerinə,durub bunu bəzəyəb fərqli donlar geyindirmək ən cığız hərəkətdir".