“Mən 22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram" “Mən 22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram"

Bunu edərək xəstəliyiniz ağırlaşmamış tədbir görə biləcəksiniz - Həkim məsləhəti

“Mən 22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram"

“Əgər sizdə Covid-19 xəstəliyinin ağırlaşması olarsa, sizin orqanizminizə yeridiləcək dərman preparatları KT-dən daha çox ziyan verəcək”.

AzNews.az xəbər verir ki, bu sözlərlə həkim Aydın Əliyev KT müayinəsi etdirməkdən çəkinən şəxslərə müraciətində qeyd edib.

O bildirib ki, son vaxtlarda çox az şikayətləri olan xəstələr görmüşəm ki, KT müayinəsində 30-40, hətta 50% buzlu şüşə mənzərəsi aşkar edilib.

"Ona görə də əgər sizdə 3 gündən artıq davam edən hərarət, döş qəfəsində, kürəklərdə və bel nahiyəsində ağrı, öskürək, halsızlıq, iştahsızlıq, yüngül təngnəfəslik, hava çatışmazlığı, boğulma, saturasiyanın 92-dən aşağı düşməsi şikayətləri varsa, döş qəfəsi orqanlarının KT müayinəsi məsləhətdir. Beləliklə xəstəliyiniz ağırlaşmamış vaxtında tədbir görə biləcəksiniz”, - deyə həkim əlavə edib.

“Mən 22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram. Şükürlər olsun hələ salamatam. Mənim müəllimlərim hər gün şüa qəbul edərək akademik Rəhim Rəhimov-91 yaş, professor Bahadur Baxşiyev-86 yaş, dosent Əliyev Məhəmməd - 77 yaş yaşadı. Almaniyada kursda olarkən ordakı həkim və texniklərin müayinə zamanı rentgen, KT və angioqrafiya aparatlarının yanında durduğunu gördüm. Təhlükəli olub, olmadığını soruşduqda “yox” dedilər. Yəni, xəstəliyin bizə vuracağı zərərlə müqayisədə KT-nin vuracağı ziyan daha azdır”, - A. Əliyev vurğulayıb.

Səidə

AzNews.az