- Göz önü
- 11 Yanvar 2021 13:21
- 24 785
SON DƏQİQƏ! Səbailin polis rəisi istefa verdi - SƏBƏB
Hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur
Ötən gün həbs edilən Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.
AzNews.az Mediapost.az-a istinadən xəbər verir ki, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib.
Onun işdən azad edilməsi ilə bağlı ərizəsini daxili işlər naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur.