Baş katibin müavini: “Azərbaycanla birlikdə olacağıq”

TDƏŞ hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

“Türk Şürası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr də qəbul edilib”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin müavini Qismət Gözəlov deyib.

O, bildirib ki, TDƏŞ hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“İkinci Qarabağ müharibəsində də Türk Şürası həmişə Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katibin Gəncəyə də səfəri olmuşdu. O zaman da Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi. İndi isə bu səfərdə məqsədimiz odur ki, erməni vəhşiliyini bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı ilə əlaqədar işlərimiz olacaq”. (APA)