"Bu müəssisəyə uğurlar arzu edirəm” "Bu müəssisəyə uğurlar arzu edirəm”

Məşhur şərabçı Vüqar Mikayılov AzGranatadan getdi

"Bu müəssisəyə uğurlar arzu edirəm”

Azərbaycanın məşhur şərab və şirə istehsalçısı "AzGranata"nın direktoru Vüqar Mikayılov vəzifədən getdiyini açıqlayıb.

O, bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün 8 il işlədikdən Sonra AzGranatadan ayrılmağa qərar verdim. Bu müəssisəyə uğurlar arzu edirəm”.

Bununla bağlı AzNews.az-a açıqlama verən Vüqar Mikayılov pedaqoji fəaliyyətlə məşğul olacağını bildirib:

“8 ildir ki, rayonda idim. Fikirləşdim ki, daha bəsdir, qocalmışam. Gəlim Bakıya, tələbə yetişdirim. Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyəcəm”.

Səidə

AzNews.az