Ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentliyin təşkil etdiyi yazı müsabiqələrinə qatıla biləcəklər Ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentliyin təşkil etdiyi yazı müsabiqələrinə qatıla biləcəklər

MEDİA-nın icraçı direktoru AİJF prezidenti ilə görüşdü

Ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentliyin təşkil etdiyi yazı müsabiqələrinə qatıla biləcəklər

Azərbaycan Respubikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında görüş keçirilib.

AzNews.az xəbər verir ki, görüş AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər paketinin müzakirəsi məqsədilə təşkil olunub. İdman mediasına mümkün dövlət dəstəyi ilə bağlı məsələlər, xüsusən də AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər ətrafında birgə müzakirələr aparılıb.

Müzakirələr zamanı Ə.İsmayılov qeyd edib ki, təqdim edilən bəzi təkliflər ümumən Agentliyin öz qarşısına qoyduğu planlarla üst-üstə düşür. Həmçinin vurğulanıb ki, agentlik öz fəaliyyətində heç bir media nümayəndəsinə fərq qoymayacaq və idman jurnalistləri də digər media nümayəndələri kimi dövlətin yaratdığı imkanlardan istifadə edə biləcəklər.

Eyni zamanda yaxın gələcəkdə tətbiq edilməsi planlaşdırılan yeniliklərə əsasən istər qəzetlər, istər saytlar, istərsə də digər media subyektləri tərəfindən biznes layihələrin hazırlanıb Agentliyə təqdim edilməsi nəzərdə tutula bilər. Bu layihələr həmin media subyektinin gələcək inkişafına təkan məqsədi daşımalıdır.

Agentlik perspektivli olacağına əmin olduğu təqdirdə, həmin layihələrin və onları təqdim edən media qurumlarının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirə bilər. Ə.İsmayılov bildirib ki, idman saytları da qeyd olunan layihələrlə çıxış etmək imkanı əldə edəcək.

Görüş zamanı bildirilib ki, ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentliyin təşkil etdiyi yazı müsabiqələrinə qatıla biləcəklər.