MM üzvü Eldəniz Səlimovun Nabranda dava saldığı deyilir MM üzvü Eldəniz Səlimovun Nabranda dava saldığı deyilir

Deputat adam döyüb? - DİN-dən reaksiya

MM üzvü Eldəniz Səlimovun Nabranda dava saldığı deyilir

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, Xaçmaz sakinləri Bakipost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

***

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.