- Göz önü
- 26 May 2022 12:44
- 6 771
“Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında çıxış edib
"Bir millət, iki dövlət" olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.
Bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.
"1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir", - o bildirib.
Onun sözlərinə görə, çox tanınan bir atalar sözü var: “Dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik". (report)