- Göz önü
- 25 Avqust 2022 18:00
- 7 187
Prezident Fəzail Ağamalını təltif etdi

Sərəncam imzalanıb
Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədridir. Sabah onun 75 yaşı tamam olur.