Kəmaləddin Heydərov: "Son illər daşqınların, sellərin sayı çoxalıb"

"Son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir".

Bu fikirləri fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: "Sadəcə fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlıqları yoxlanılıb və proses hər zaman davam edir".